Başına döndüyüm, ay Əziz əmi,Getdi, bəs alşanım niyə gəlmədi?Züleyxa camallı, qəddi minalı,Şövkətli sultanım niyə gəlmədi?

Oldum yar yanında mən baxtı qara,Gedən yox, gələn yox, kəsildi ara,Sinəmə vurubdu peykanlı yara,Töküldü al qanım, niyə gəlmədi?

Tutub zülflərini üzünə pərdə,Apardı ağlımı, qoymadı sərdə,Biçarə Dilqəmi salıbdı dərdə,Həkimü loğmanım niyə gəlmədi?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love