Ay ağalar, bəylər, duran qazılar,Bu dərdlər sinəmdən azalarmola?Bu gizlin sirrimi aşkar eyləsəm,Dillərə düşübən söz olarmı ola?

Yar odu ki, öz yarını qandıra,Uçan könül şikarına mindirə,Bir çıraq ki, haqqm özü yandıra,Seyrağıb dəyməkdə qaralarmola?

Əriyibən torpaqlara qatılsam,Həna olub əllərinə yaxılsam,Qul oluban bazarında satılsam,Məni qulluğuna yar alaramola?

Dilqəmi öldürər bu dərd nə isə,Loğman təbib gər yarımı görüsə,Zimistan könlümə yar əli dəysə,Üröyşən tapıban yaz olarmola?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets