Seyri-gülüstanda, Kür kənarında,Bu gün bir həsrətkeş qalıb ağlaram.Ayrılıq cövrünün, dost fərağının,Sevdası başıma gəlib ağlaram.

Yadıma düşübdü şux mələkzada,Görən o da məni salırmı yada,Mənim cismim səməndərdən ziyada,Hicran atəşinə dolub ağlaram.

Laçm qanadlıdan, tərlan tavardan,O hüsnü-Yusifdən, mehri-rüxsardan,Züleyxa camallı, məhcəbin yardan,Fələk məni cida salıb ağlaram.

Qəddi sənubərdi, üzarı bir gün,Sevdim camalmı, oldum didərgin.Leylisiz Dilqəməm, mən oldum Məcnun,Səhralar məskənim olub ağlaram.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love