Bilməyib bu gecə bir fikri-məhal eyləmişəm
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.
Meyi-gülfamı gətir, saqi, peya-pey bəzmə,Gər həram olsa da mən anı həlal eyləmişəm.
Şəm tək hər gecə əbruyi-kəcin fikri ilə,Əridib cismini, ey mah, hilal eyləmişəm.
Zövqi-ləlinlə girib gülşənə bəs ki, ey gül,Eşqdə bülbüli-şuridəni lal eyləmişəm.
Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Sürəyya, düşəni eşqinə ol mahvəşin,Mərifət artinban, kəsbi-kamal eyləmişəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/agadadas-sureyya-bilmeyib-bu-gece-bir-fikri-mehal-eylemisem
Use ← → keys to move, R for a random poem
More by this author
Can ilən canan, deyillər, can təmənnasındadır,Baş verrəm, bilsəm ər, canan təmənnasındadır.
Etdi dollak yüzün dün xəti-tərdən xaliEtdi dollak yüzün dün xəti-tərdən xali,Oldu ayinəyi-dü jəngi-kədərdən xali.
Feraqı qismət edib çərxi-kəcmdar mənəFeraqı qismət edib çərxi-kəcmdar mənə,Məhaldır ola mümkün vüsali-yar mənə.
Könül, cahanda qəmi-hicri-yarə səbr eyləKönül, cahanda qəmi-hicri-yarə səbr eylə,Nə qədr vursa sənə yar yarə, səbr eylə.
Poems by other poets · Love
Könlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,
Qurban olduğumGənə saldı məni eşq cünuna,Lalə üzarına qurban olduğum.
Yalvara-yalvaraYarım çıxıb yaylaqlara,Qaldım, yalvara-yalvara.
Oldu: Məh yüzünə salmış bu mələkmənzərMəh yüzünə salmış bu mələkmənzərMüənbər zülflərin zərəfşan oldu,