Can ilən canan, deyillər, can təmənnasındadır,Baş verrəm, bilsəm ər, canan təmənnasındadır.

Əşkriz olmaqlığından anlaşır şəb ta səhər,Nuh tək göz mərdümi tufan təmənnasındadır.

Sorsan ər: Sormaqda əsrari-dəhanımdan murad?Aşiqin bir nükteyi-pünhan təmənnasındadır.

Bir pərivəş zülfünə meyl eylədi dil tazədən,Yusifi-dil, mən bilən, zindan təmənnasındadır.

Nari-hicran dəfinə meyli-mey etdi dil yenə,Qanə dönmüş, qanə-qanə qan təmənnasındadır.

Bir riyayi taət ilən zahidi-xudbini gör,Oğlu ölmüş rövzeyi-rizvan təmənnasındadır.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Sürəyya, mürği-dil meyli-ləbi-yar eyləmiş,Sanma bica, qönçeyi-xəndan təmənnasmdadır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love