Qadınla əjdaha düşsə torpağa,Torpaq da onlardan qaçar uzağa.Firdovsi

Firdovsi yanıldı qoca dünyada,Qəzəbi aldatdı böyük şairi.Şair unutmuşdu uca dünyada,Özünün beynində, ürəyində dəAnası tuturdu ülvi bir yeri.Firdovsi ananı dünya sanırdı,Eşqiylə göylərə qanadlanırdı.

Qadın çiçəyidir həyat bağının,Ziynəti, bəzəyi yar otağının.Ətri, təravəti gül yarpağıtək,Köksündə döyünür incə bir ürək.Belə bir incəlik kimsədə yoxdur,Duyan bir ürəyin məlalı çoxdur.O susar, çox zaman qəlbini açmaz,Zəhmətin, həsrətin qaçmaz əlindən.Fəqət mənliyini heç nəyə satmaz,O üsyankar olur taleyə bəzən...

Sən sev qadınını, bəslə gül kimi,İstər qoca olsun, istərsə cavan.Qoru tufanlardan tər sünbül kimi,Xəbərin olmasa ondan bir zamanHəyatı gül kimi saralıb solar,Ömrü yar bağında beşgünlük olar.Onun sədaqətə, hüsn-rəğbətə,Riyasız bir eşqə, təmiz ülfətə,Hörmətə, qayğıya ehtiyacı var,Unutsan, çiçəktək saralıb solar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love