Bakı, doğma vətənimsən,Qızılgüllü çəmənimsən.Üzüm gülməz səndən ayrı,Gəl heç düşmə məndən ayrı.Canım Bakı, gözüm Bakı,Mənim şerim, sözüm Bakı.

İlk bahardır sənin qışın.Həm boranın, həm yağışın,Həm küləyin xoşdur, inan.Sən qardaşlıq dünyasısan.Canım Bakı, gözüm Bakı,Mənim şerim, sözüm Bakı.

Neapola bənzədirlərSəni, Bakı, gözəl diyar.Baharınsa VyananınBaharını xatırladar.Mənsə səni bir dünyayaDəyişmərəm inan, BakıSevimli, mehriban Bakı!

Səninlə ilk görüşümdəKədər saçan gözüm güldü.İllər boyu şikayətliOlan şerim, sözüm güldü,Sevimli, mehriban Bakı,Gözəlləş hər zaman, Bakı.

Tükənməz bir məhəbbətləSevdim hər bir bucağını.Təbriz, Zəncan sandım hər anDoğma ana qucağını.Canım Bakı, gözüm Bakı,Mənim şerim sözüm Bakı.

Gecələrin zinətidirEhtişamlı axşamların.Bir dünyanın şöhrətidir,Göyündəki ağ şamların.Canım Bakı, gözüm Bakı,Mənim şirin sözüm Bakı.

Bu ellərə həyat verən,İlhamıma qanad verənBircə sənsən, bir də Xəzər,Sularında axşam, səhərƏks eyləyən gözüm gülür,Qəlbim gülür, üzüm gülür.Canım Bakı, gözüm Bakı,Mənim şirin sözüm Bakı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring