Nə müddətdir, gözüm rahindədir, yarım, sən səfa gəldin!Həbibim, sevgilim, yarım, nigarım, sən səfa gəldin!

Dili bülbül, ləbi mey, xali fülfül, zülfləri sünbül,Mələkxu, yasəmənbu, gül’üzarım, sən səfa gəldin!

Yüzüm xaki-rəhində fərşdarəm, xoş qədəm basdın!Şəhim, həm şəhriyarım, şəhsüvarım, sən səfa gəldin!

Xəyalım gülşəninə sayə saldın sərv qəddindənAçıldı səbzələndi laləzarım, sən səfa gəldin!

Maqta — the closing couplet bearing the poet’s pen name. Vidadi xəstə tək düşmüşdü biaram can sənsiz,Vücudim, taqətim, səbrim, qərarım, sən səfa gəldin!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love