Həbibim, qəddi-mövzunun əlifdir dal arasındaVücudun Həzrəti-Haq saxlasın iqbal arasında

İşim düşvardır hicran əlindən xeyli müşküldürMən biçarəyə bir iltifat et hal arasında

Mənim qətlimdədir kafir, gəlin qoymuyun, müsəlmanlarMəgər yox aşiqlə məşuqun bir dal arasında

Qaşının bir yanə səf çəkmiş müjən bir yanə iki ləşkərDurubdur bir-bir ilə cəng edərlər xal arasında

Edərdim məsləhət mən bu iki xunrizə MüştaqiDedi hatif mənə yar durma başın qal arasında

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love