Gəlmiş ol alicənabın qasidi istər tüfəngEy gözüm, nəzzarə qıl, bax hər yana axtər tüfəngEyləsin tab, kim görənlər söyləsin bəhtər tüfəngKamil olmuş cövhəri, üstündə nəqşi-zər tüfəngNeylər aya, bilmənəm, yarəb, o şux-u şər tüfəng

Yox ikən zatı cahanda qıldı Əflatun anıGör nələr saldı xəlayiq içrə, tutsun xun anıHər kanlar ixtiraən qıldılar əfzun anıEyləmişlər qətli-nəfs üçün həmişə çün anıAnın üçün nöhə salmış aləmə ağlar tüfəng

Yayı təşbih etdilər xubruların əbrusunaYetəri müjganə dönüm, ey gözlərin cadusunaXəncər ilə nizə kimdir düşələr qıqusunaÇərxə də dəysə başı, dəyməz onun pabusunaHansı bir əndamı-simin üzvünə bənzər tüfəng

Sən Qarabağ içrə qurmuşsan tələb meydanınıTutmusan dildə olan vədü-vəfa mizanınıGörməyibsən əsbi-ehsanın məgər cövlanınıBir tüfəngin bu qədər sən çəkməmisən hicranınıEylədim təslim Rafe çeşmi-pabərsər tüfəng

Şeirinə əhsən ki, yetməz heç bir əş'ar onaHər kimin var isə həddi, söyləsin güftar onaKimsə ləb tərpətməsin, kim gəlməz istifsar onaEybdir Müştaqdən bu sözləri izhar onaTutmasın nəzmi rəkakət var isə kəmtər tüfəng

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets