Sevdim bir cavan on dörd yaşındaO tərfə çağına qurban olduğumGünəş tək aləmi qıldı münəvvərCəbinin ağına qurban olduğum

Rəqibi görəndə eylədi pərxaşDağıldı hər tərəf manənd xaşxaşSəfheyi-ruxsarə çəkəndə nəqqaşQaşları tağına qurban olduğum

Sinəm o gözlərin çarpaz dağıdırMəclisi-eyş içrə tərfə çağıdırŞux naz-ğəmzəsi can almağıdırMüjgəni sədağına qurban olduğum

Ağ üzdə xalları fülfülə nisbətCan quşu bağında bülbülə nisbətLəbləri çiy düşmüş bir gülə nisbətƏhmər yanağına qurban olduğum

Sevdim can ü dildən Müştaqi oldumHəsrətin çəkməkdən üç dağı oldumO cəllad gözlərin qonağı oldumBilmənəm nəsağına qurban olduğum

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets