Tərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadırAğ üzündə xalın səfin söyləyim,İki əbruların arasındadır

Çün müştaq olmuşam mən bu dilbərə,Vətənimdən çıxdım düşdüm çöllərəQaşları qara kirpik qara göz qərə,Hesab o gözlərin qarasındadır

Başına döndüyüm xasların xası,Heç canımdan çıxmaz yarın sevdasıKeşişoğlu durur ki İran ölkəsi,Gör bu vilayətin harasındadır

Random poem

Poems by other poets · Love