Cənublu qardaşlarıma

Qara geymisən məgər?Açıl, ürəyim, açıl!Günəşin yollarında,Səhərin qollarında,Al geyinmiş üfüqlər,Açıl, ürəyim, açıl!

Bu dünya, bu kainat,Sonsuz sandığın həyat,Könül verdiyin cahanƏzəl başlanğıcındanSanki bir əfsanədir.Dünya mehmanxanədir,Qara geymisən nədir?Açıl, ürəyim, açıl!

Günəş, Ay, torpaq, səmaSənə meylini salmış.Yollarda bənövşələrBoynubükülü qalmış.Səni gözlər dan yeri,Köksü sökülü qalmış.Səhərin yollarındaNilufər ol, nilufər,Qara geymisən məgər?Açıl, ürəyim, açıl!

Həyat gözəldir, könül,Sən iç piyalə kimi.Ayın soyuq üzünüBəzəmə halə kimi.

Günəş ol bu dünyada,Hərarət payla yurda.Hədərə vermə ömrü,Hədərə orda, burda.Ömür ələ düşməyənTapılmaz dürdanədir,Qara geymisən nədir?Açıl, ürəyim, açıl!

Soadətdir yaşamaq,Qədirbilən ol barı,Çiçəkli, barlı olsunÖmür-həyat yolları.Yoldadır gəlir inan,Azadlığın baharı.Azadlıq həsrətindəNələr səkmisən, nələr,Qara geymisən məgər?Açıl, ürəyim, açıl!

Mərdə namərd, namərdəMərd olan qoca dünya.Ürəkliyə ürəksiz,Diləkliyə diləksizGəl olma bunca, dünya!Sevincim harda qaldı,Pərdədi, pərdə, dünya.Loğmantək saldın niyə,Şairi dərdə, dünya.Həyatı nəşə sanmaqQəlbimə biganədir.Dünya bir əfsanədir.Qara geymisən nədir?Açıl, ürəyim, açıl!Açıl, ürəyim, açıl!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets