Mah camalın şölə saçır ay kimi,Gözüm, könlüm, ay Süsənbər səndədir.Qaşların sinəmi oxlar yay kimi,Bir baharsan, müşki-ənbər səndədir.

Yandı qürbət eldə dilim, dodağım,Çatıb Al-Osmana sözüm, sorağım.Bir busə ver dada gəlsin damağım,Yandı cigər, abi-kövsər səndədir.

Üzündə xallara salmışam nəzər,Daldalan, görməsin səni bədnəzər.Hər nadan bilməz ki, nədir simu-zər,Allahverdi, dürrü-gövhər səndədir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets