Bu da bir cür yazı idi, yazdılar,Hər kəlməni tərs uvanda yozdular.Ürəyimi qazma-qazma qazdılar,Gedər oldum, salamat qal, Baba yurd.

Yol boyunca qələmələr əl eylər,Sıldırımlar öz qoynunu yol eylər,Arpaçayı aşar-daşar sel eylər,Gedər oldum, salamat qal, Baba yurd.

Ağ Aşığam, günüm qara, neyniyim,Elim, günüm düşüb dara, neyniyim.Dözəmmirəm, ahu-zara, neyniyim,Gedər oldum, salamat qal, Baba yurd.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland