Gül kimi yüzüm əgərçi, şadü xəndandur mənüm,Lalə tək bağrımda hər yan daği-pinhandur mənüm.

Kokəb irməz bu görünən gögdə bil kim, şami-ğəm,Tiri-ahimdən birər, hər zəxmi-peykandur mənüm.El mənim aşiqliğimni ol səbəbdən bildi kim,Bu çıxası gözlərüm hər ləhzə giryandur mənüm.

Demə kiprik düzdürür ney oxlarınçün guyiya,Gözlərüm ətrafıda bitmiş neyistandur mənüm.

Hər hekayət kim, var, onun həddivü payanı var,Vəh ki, bu dərdü dilim bihəddü payandur mənüm.

Kakilün sevdasidən səhraya düşdüm nafə tək,Ləbləründən ayru bağrım dopdolu qandur mənüm.

Daməni ətrafidə tozlar ki, qonmuş Kişvəri,Zari-cismümdür ki, torpaq ilə yeksandur mənüm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring