Vəh ki, bir vəhşisifət mişkin ğəzalım var mənim
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Vəh ki, bir vəhşisifət mişkin ğəzalım var mənim,Kimsə bilməz kim, fəraqində nə halım var mənim.
Gögə çıx, ey naləvü bu əxtəri-sərgəştədin,Sorgil əhvalımnı, gör kim, nə zəvalım var mənim.
Yar ğəmdin özgə hasil vermayin bu bağara,Bir səmənbər sərvqəd nazik nihalım var mənim.
Gəh ləbin zikrin vəsfin qılurmən, gah belin,Gör nə təb’i-nazikü incə xəyalım var mənim.
Maqta — the closing couplet bearing the poet’s pen name. Kişvərinin yüz sualə bir cəvab olmaz nədən,Ol ləbi-şəkkərfişandan bir sualım var mənim.
Kitabxana.az · https://kitabxana.az/en/works/kisveri-veh-ki-bir-vehsisifet-miskin-gezalim-var-menim
Use ← → keys to move, R for a random poem
More by this author
Çün cəmalın pərtövi-sübhi-kəramətdür mana,Bir nəfəs kim, görməzəm şami-qiyamətdür mana.
Ey pəriləb, demə həq bir parə can vermiş sanaEy pəriləb, demə həq bir parə can vermiş sana,Çeşmeyi-heyvan deyib, şəkli-dəhan vermiş sana.
Səndən ayru yüz ğəmü dərdü məlamətdir manaSəndən ayru yüz ğəmü dərdü məlamətdir mana,Nə xoşam, nə naxoşam, bilməm nə halətdir mana.
Alma, cana, canımı kim, can ilən yarəm sanaAlma, cana, canımı kim, can ilən yarəm sana,Bivəfalıq qılma kim, yari-vəfadaram sana.