Azalır məni sevənlər
Azalır məni sevənlər,Məni sevənlər təklənir.Azalır «qardaş» deyənlər,Dərindir bunun kökləri…
Azalır yalan hörmətlər,Azalır yalan «can-canlar».Qalır əsl məhəbbətlər,Qalır həqiqi insanlar…
Ələyir hər şeyi bir-bir,Zaman düzlük xəlbirində.Mənim də taleyim gedir,Ömrüm gedir hər biriylə…
Elə bir duman çəkilir,Dağların sırası qalır.Qızılın xıltı tökülür,Qızılın xalisi qalır.
Elə bil yaram soyulur,Gedir ağrısı-acısı,Elə bil ruhum durulur,Elə bil gözüm açılır…
Gərək hər şey aydın ola,Ömür gedir, yaş da gedir.Elə bil ki, bala-bala,Qanımda saflaşma gedir…
Azalır yalan qiymətlər,Keyfi, ruhu şad oluram.Süni mehr-məhəbbətlər,Torundan azad oluram.
Necə glçüm, görən, necə,Bu sayaq gəlir-çıxarı?...Belələri azaldıqca,Həyatda sevgim çoxalır,İnsana sevgim çoxalır…
Kitabxana.az · https://kitabxana.az/en/works/cabir-novruz-azalir-meni-sevenler
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Çatır son mənzilə ömrün karvanıƏlli il yol gəldik bu səhrada biz.
YarımDodaqları gül qönçəsi,Yanaqları lala yarım.
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
Məni eşq əhlinin divanına divanə yazmışlarMəni eşq əhlinin divanına divanə yazmışlar,Könül mülkün, əziziın, dərdi-eşqə xanə yazmışlar.