Dodaqları gül qönçəsi,Yanaqları lala yarım.Kölgən gələndə gün qaçar,Sən bəlasan, bəla, yarım.

Tanrı səni var edibdi,Aşiqini xar edibdi.Fələkləri kar edibdi,Çəkdiyim ah-nala, yarım.

Miskinin söhbəti, sözüsən,Cümlə gözəllər gözüsən.Bu dağların nərgizisən,Bürünmüsən şala, yarım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love