Çatır son mənzilə ömrün karvanıƏlli il yol gəldik bu səhrada biz.Baxtımıza düşən əhdi-vəfanıƏmanət saxladıq bu dünyada biz.

Allahın işidir, mənzil söhbəti...Allaha min şükür hələ ki, sağıq.İlk eşqi, ilk andı, ilk məhəbbətiYenə isti-isti saxlayacağıq.

Mən tale hökmüylə dağlara gəldimSən dağlardan uçub şəhərə qondun.İlk təbəssümünlə sevindim, güldümGül kimi, tər-təmiz səhərə döndün.

Bu səhər açılır düz əlli ildir.Bu səhər bənzəmir adi səhərə.Eşqin atəşində biz, əlli ildirYanmaq öyrədirik pərvanələrə!

Deyingən olmuşuq bu gün eybi yoxTəki bizim yaşda deyinsin hamı.Əlli il axşamı - nə az, nə də çoxQızıl toy paltarı geyinsin hamı.

Tale sınağa da çəkmədi bizi.Çəkdi! düz demirəm-övlad həsrəti,Yetkin yaşımızda ev-eşiyimizi.Çirağban elədi mahir qisməti...

Haqdan yanan çırağ çətin ki sönə

Qocalır məhəbbət, soyumur ürək.On səkkiz yaşında görünür mənəHacıbəyim xanım - ağ saçlı çiçək...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love