Sonuncu mogikan
Ay sonuncu mogikan!Ay son ümid, son iman.Hardasan, gəl çıx görək,Donuq bütləri,Kirəc kütləri,Mütrib lütləri
Qır-çat görək,Yıx görək!
Namərd mərdi öldürürQabağını kəs görək.Mələyi, məlakəniLağa qoyan meymununQulağını kəs görək!Hazırına dadananHazırın nazirininAyağını kəs görək!
Ay sonuncu mogikan,Yatma, ayıl, ay azman!Getmə div yuxusunaHəşəratlar daraşıbMillətin yaxasına.Hayqır boğulub getsin,Üfür, dağılıb getsin.
Yoluq cüllüt göz verib,İşıq vermir tərlana.
Söz keçmir, güc çatmayırQalırıq yana-yana.Gəl, ayırd et bu işiGəl, sonuncu mogikan,Gəl, ey sonuncu kişi.Gəl, ey zəhmi ildırım,Nəfəsi vulkan kişi,Ey üstü-başı tozluSadəcə dehqan kişi,Ey qədim karivandanAyrılıb qalan kişi.Köhnə mogikan kişi!..Son nəfəsdədir abır,Son nəfəsdədir həya.Son nəfəsdədir zəka,Son nəfəsdədir ziya.Quyruq üstədir zülmət,Quyruq üstədir riya,Gəl, ey əli qabarlı,Kitab-dəftərsiz alim.Həm cüzi ixtiyarlı,Həm külli ixtiyarlı
Gəl vətəndaş müəllim!Halımız yaman olubDüyünləndikcə tilsim.Başımıza od yağırBu, yaxşıyla yamanınQarışdığı bir oddur.Bu, dudayla dumanınQarışdığı bir oddur.Bu, cins ilə nacinsin,Bu, xılt ilə xalisinQarışığı bir oddur.
Ey adi mogikanım,Ey ali mogikanımÜmidsizlik içindəXəyali mogikanım!Evini tanıyıram,Kəndini tanıyıram.Bərəni tanıyıram,Bəndini tanıyıram.Dəbdən düşmüş dəyirmi
Kepkanda saman çöpüSuda boğulanlarınSonuncu güman çöpü...Əyər səhv etmirəmsə,Əlisəhabdır adın.Dəxli yox, əlisahabOldun, ya da olmadın.Ya hüseyn ol, ya həsənMogikansan elə sən!Yarpaqları tökülmüşAğaclar üryan-üryan.Üryanlar arasınnanBaxırsan giryan-giryan.Üryan qaçqınlarına,Üryan köçkünlərinə,Üryan balalarının,Viran obalarınınAğrısı ürəyində,Acısı ürəyində,Neçə şəhid anası,Bacısı ürəyində.
Sən elə adi fəhlə,Elə adi daşyonan.Gəl, sonuncu mogikan!Gəl, səssiz xanəndəniGötür, səhnədən apar!Qələmi, söz bilməyənYazar əlinnən qopar!Qoyma haram, ziyarətYolunu ayaqlasın!Qoyma, qanmaz qur’anıGötürüb varaqlasın!Bəlkə sən bu ölkəninLap elə baş adamı?!Bütün vətəndaşlara
Yaxın yoldaş adamı?!Gəl sonuncu mogikanBu sellərin-sularınÖnündə məğrur dayan!
Ey sonuncu mogikan,Gözünün nəmində yox,
Gözünün qəmində yox,Odunda yansın möhnətZülm, əzab, əziyyət.
Xəzri qopur, dalğalarŞahə qalxır şəst ilə.Xəzri sınağa çəkir,Xalqı bu gün qəsd ilə.Mərdəkan qalasınınDiş-diş bürcləri fəqətNə qopur, nə laxlayır.Tufanlar sınağındaOnu allah saxlayır.
Mogikan da allahınKişilik əmanəti.Böylə bir əmanətəXəyanət yoxdur qəti.
Mogikanlar nə ölməz,Nə də qocala bilməz.Mogikansız bir millətHeç vaxt ucala bilməz.
Saymaq olmaz:Birinci... onuncu mogikanlarHəmişə birincidirSonuncu mogikanlar.
Kitabxana.az · https://kitabxana.az/en/works/qabil-sonuncu-mogikan
Use ← → keys to move, R for a random poem