Gül bağı
Lənkəranın Gül bağında gəzirəm.Mən behiştin qucağında gəzirəm.Dəniz qaş-daş, günəş qızıl, göy əlvan.
Yaşıl meşə təzə qalxıb yuxudan.Bülbül xoru himn oxuyur cəh-cəhlə,Gül bağında dinləyirəm fərəhlə.İnanım, ya inanmayım gözümə,Heyranam bu yaraşığa, düzümə.Çiçəklərin səltənəti burdadır,Ətrin, rəngin şe’riyyəti burdadır.Ahəngi var burda zövqün, zəhmətin.Nişanı var iradənin, qüdrətin.İş güllərdə, çiçəklərdə deyil, yox...Təbiətdə çiçək nə çox, gül nə çox.Səpələnmiş yüz elə, yüz diyara,Çəmənlərə, meşələrə, dağlara.Adam var ki, gəlib çatar yüz yaşaMin bir gülün əllisinə, inanın,Bir baxışda edə bilməz tamaşa.Beləsinə söyləyirəm, di tələs,Coşsun sənin damarında qoy həvəs.Lənkəranın gül bağına çat görək.Rayihələr dəryasında bat görək!Bütün dünya çiçəkləri burdadır,Çiçəklərin göyçəkləri burdadır.
Ölkələrə burdan gedir şitillər.Lənkəranım bəxtəvərdir, bəxtəvər.Qız-gəlinlə dolu olur gül bağı.Qız-gəlinin telində gül yarpağı.Oynayırlar, çiçəklərin nazıyla,Oxşayırlar şirin-şirin söz ilə.Qara torpaq nə yetirmiş, baxın bir,Torpaq deyil, o ki, canlı xəlidir.Hər naxışı çırpıntılı bir ürəkQarşısında fırça aciz, dil gödək.Təbiətdə yeddi rəng var - bəs nədənBu çiçəklər sərgisinin içindəRast gəlirəm dürlü-dürlü rəngə mən?!Körpələrin nəfəsi tək tər-təmiz,Körpələrin çöhrəsi tək ləkəsiz,Qəlbimizin çeşməsindən su içən,Xəzan görməz ömrümüz tək gözəl, şənGül bağı!Kaş olaydı əfsanəvi qüdrətimQaldıraydım səni uca bir yerə.İftixarla göstərəydim bəşərə.Bu Lənkəran buketidir deyəydim.
Gül bağı?Azərbaycan buketidir deyəydim,Gül bağı.
Kitabxana.az · https://kitabxana.az/en/works/qabil-gul-bagi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Əlibəy Hüseynzadə hazrathrinin Qafqasiyada mühacirəti münasibatilə təhəssürat*Səndə, ey Qafqaz, ey gözəl gülzar,
Qan ağla, ey gözüm, yenə fəsli-bahar olurQan ağla, ey gözüm, yenə fəsli-bahar olur,Bülbül bahar olanda işi ahü zar olur.
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
UşaqlarUşaqlar istərsə seyri-gülüstan,Nə lazım onlara bağ ilə bostan.