Didələrim qan ağlayır
Didələrim qan ağlayır,Nazlı yarı itirəndən.Qəhərlənib tez doluram,Ürək vərəm gətirəndən.
Bəlliyəm oba-elimdə,Baharın adı dilimdə.Ah çəkirəm saz əlimdə,Yarı yada ötürəndən.
Şuxluq heç vaxt gülə qalmaz,Solar, aya, ilə qalmaz.Nəsib yanar, belə qalmaz,Eşq sevdasın bitirəndən.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-nesib-didelerim-qan-aglayir
Use ← → keys to move, R for a random poem