Mən gəzirəm bu yaşımda
Mən gəzirəm bu yaşımda,Bu dünyanın qarasında.İş gətdi ki, rast olduq,Qağızmanın yörəsində.
Sinəm başı düyün-yara,Taleyim kəm, bəxtim qara.Qovuşmadım nazlı yara,Durdum dərdin bərəsində.
Tanrı hər işdən halidi,Sözüm ellərin malıdı.Nəsib qırxların quludu,Əhli-hallar arasında.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-nesib-men-gezirem-bu-yasimda
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Fate
Layəmut şe'rlər
Füzuliyi-nalanın əş'arını təsdis*1
دل رمیده به امید این جهان مگذاربه شاخ بی ثمر بیدآشیان مگذار
Bahar olduNə yatmısan, dur, ey saqi, ki, yay misli bahar oldu,Bulut od yağdırır dünyayə, aləm tarü mar oldu,
Dünya, sənin etibarın yox imiş(Mirzəcanın vəfatı münasibətilə)Dünya, sənin etibarın yox imiş,