Layəmut şe'rlər
Füzuliyi-nalanın əş'arını təsdis
1
Heyrətəfzadır, həqiqət, kainati-pürşüun,
Olmada danişvəran hər əsrdə zillətnümun.
Sərfəraz əshabi-cəhl, ərbabi-ürfan sərnigun,
Anlaşılmaz oldu qanunun, əya gərduni-dun!
“Dəhr bipərva, fələk birəhm, dövran bisükun,
Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun”.
2
Söyləyirsən söz olur, gər söyləməzsən dildə qəm,
Musiqidən anlamazlar guşunu oxşar nəğəm,
Ya nədən boş qalmış olsun dəsti-ərbabi-kərəm?
Bəxtsiz bir şairin cansuz şe’rin söylərəm:
“Dəhr bipərva, fələk birəhm, dövran bisükun,
Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun”.
3
Ağlayırkən xameyi-arif ki, gülsün milləti,
Söyləyir hər dəmdə ta ki dillər açsın hey’əti,
Arif olmuşkən pərişan, gəlmədə cəm’iyyəti,
Səndən öyrənmiş, əya gərdun, bu laqeydiyyəti,
“Dəhr bipərva, fələk birəhm, dövran bisükun,
Dərd çox, həmdərd dər yox, düşmən qəvi, tale zəbun”.
4
Nur saçmaq, yollar açmaq, arifə bir qayədir,
Arif iştə bir pədərdir, qövmü üzrə sayədir,
Ya nədəndir ki, oğullar şad, ata bivayədir?
Baxma, yüksək olsa da, gərdun özü pəspayədir,
“Dəhr bipərva, fələk birəhm, dövran bisükun,
Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun”.
Kitabxana.az · https://kitabxana.az/en/works/hadi-layemut-se-rler
Use ← → keys to move, R for a random poem
More by this author
Ey bağı-vətəndə açılan tazə nihalan!Şamü səhər olmaq gərək ürfanə şitaban.
Mizani-əqvamBir ləhzə açıb dideyi-insafü mürüvvət,Qıl aləmi səncideyi-mizani-həqiqət.
Mücahidi-MillətEy toxmpaşi-məzrəeyi-elmü mərifət!Oldun qəriqi-mövceyi-ənvari-məğfirət.
Mücahidi-millət Həsənbəyin ruhuna ithafTiri-bəlayə sinəsüpərdir düha’lər,Mə’ruzi-tə’neyi-hümməqadır zəka’lər.
Poems by other poets · Fate
Kafərdi kor mələk bilə, canə mələk səni,Sultani-hüsnsən yaradıb tanrı tək səni.
Mən gəzirəm bu yaşımdaMən gəzirəm bu yaşımda,Bu dünyanın qarasında.
به تیرهبختی خود کس نه دیدم و نه شنیدمز بخت تیره خدایا چه دیدم و چه کشیدم
Bu, Məcnunun Leyliyə izhari-hali-zar etdigidirMəcnuni-həzin eşitdi sövgənd,Gördü onu şe'rə arizumənd,