Ey bağı-vətəndə açılan tazə nihalan!Şamü səhər olmaq gərək ürfanə şitaban.Adab ilədir tərbiyeyi-cənnəti-vicdan,Elm ilə edər kəsbi-şərəf zadeyi-insan.Firdovsi-maarif biləlim məktəbi-“Nur”i,Alqışlayalım xidməti-əşxasi-qəyuri!

Ey tazə çiçəklər! Sizə olsun bu vəsiyyət:Düşməz ələ, ey qönçələrim, dövri-səbavət!Təhsili-kəmalə ediniz eşqü məhəbbət,Bir gün vətən eylər sizi gördükcə fəxarət.Firdovsi-maarif biləlim məktəbi – "Nur"i,Alqışlayalım xidməti-əşxasi-qəyuri!

Məktəb nə demək? Zinətidir zatü sifatın,Məşşatəsidir huri-dilarami-həyatın,Xurşidi-ziyadandır afaqi-nicatın,Mə'nasına tə'zim edək işbu nəğəmatın:Firdovsi-maarif biləlim məktəbi-"Nur"i,Alqışlayalım xidməti-əşxasi-qəyuri!

Əqvam bütün elmlə kəsb etdi kəmali,Qonşularımız məktəb ilə qıldı təali,İstərsək əgər biz dəxi ən şanlı cəlali,Tənvir edəlim nuri-təməddünlə xəyali,Firdovsi-maarif biləlim məktəbi-"Nur"i,Alqışlayalım xidməti-əşxasi-qəyuri!

Vardırmı cəhalət kimi dəhşətli fəlakət?Cahillər olur dəhrdə məhkumi-səfalət,Hürriyyət ilə etmək üçün kəsbi-səadət,Ürfanə, kəmalə edəlim kuşişü qeyrət,Firdovsi-maarif biləlim məktəbi-"Nur"i,Alqışlayalım xidməti-əşxasi-qəyuri!

Təhsil ediniz keçməsin övqat fəsanə!Tənbəllik üçün düşməmişiz məhdi-cahanə,E'dam ediyor cəhlpərəstani zəmanə,Biz də olalım şöylə həmahəngi-tərənə:Firdovsi-maarif biləlim məktəbi-"Nur"i,Alqışlayalım xidməti-əşxasi-qəyuri!

Məktəb nə demək? Şə'şə'əbəxşayi-cəhandır,Miftahi-dəri-gəncü künuzati-nihandır,Ülviyyəti calib, səbəbi-izzətü şandır,Zülmətdə yatan dillərə ənvarfəşandır,Firdovsi-maarif biləlim məktəbi-"Nur"i,Alqışlayalım xidməti-əşxasi-qəyuri!

Yetməklik üçün gülşəni-ümmidü mərama,Biz də gələlim şövqü şətarətlə xürama,Pərvaz edəlim, xüldbərindir, bu məqama,Payan verəlim qəflətə, övhama, zülamə,Firdovsi-maarif biləlim məktəbi-"Nur"i,Alqışlayalım xidməti-əşxasi-qəyuri!

Bu göydə təlalö' ediyor nəyyiri-hikmət,Bu yerdə təfəyyüz qılıyor toxmi-həqiqət,Bu bağdə xəndan oluyor qönçeyi-fikrət,Məktəb nə demək? Üssi-əsasi-mədəniyyət,Firdovsi-maarif biləlim məktəbi-"Nur"i,Alqışlayalım xidməti-əşxasi-qəyuri!

Şərq üzrə salır sayəsini şəhpəri-amal,Müzlim vətəni parlatıyor pərtövi-iqbal,Parlaq olacaqdır gələcək, şahididir hal,Ey didəsi məhrumi-ziya! Al sənə timsal:Firdovsi-maarif biləlim məktəbi-"Nur"i,Alqışlayalım xidməti-əşxasi-qəyuri!

Hala yazılıbdır, oxu, ülviyyəti-ati!Bu güzgüdə seyr eylə şu lahuti sifati!Parlaqdır, əzizim, gələcək, gör ləmə'ati!Öyrənmək üçün, bilmək üçün dərsi-həyatiFirdovsi-maarif biləlim məktəbi-"Nur"i,Alqışlayalım xidməti-əşxasi-qəyuri!

Ey baği-vətən gülləri, ey tazə çiçəklər!Ey cənnəti-elm içrəki nasuti mələklər!Balaləri pərvazə qılın sə'yü əməklər,Sizdən vətənin gözləri hürriyyəti bəklər,Firdovsi-maarif biləlim məktəbi-"Nur"i,Alqışlayalım xidməti-əşxasi-qəyuri!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets