Bir məst olmuş yağıya mən,Oldum yalvara yalvaraBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara

Nə qələmdir çəkmiş qaşa,Gərək hüsnün həlallaşa,Məcnun kimi dağa daşa,Düşdüm yalvara yalvara

Badi-səba söylə yara,Ciyərimdir para para,Bir gül üçün yüz min xara,Oldum yalvara yalvara

Səfil Zaman belə gəzməz,Gözüm qeyri gözü görməz,Alubdır canımı, verməz,Oldum yalvara yalvara

Random poem

Poems by other poets · Nature and spring