Rəhgüzari-mətbuatda lövheyi-şəfqət, yaxud üç zavallı
Nədir bu lövheyi-şəfqət ki, rəhguzardədir?Nədir o xətti-mihən səfheyi-üzardədir?
Nədir o mənzəreyi-qəm, süruru ağladıyor?İki sevimli şükufə düşüb qübardədir?
İki çocuq – iki güldür, türabə düşmüş, ah!Zavallı başları, seyr eylə kim, kənardədir.
Sükutə dalmış o qızlar türabi-zillətdə,Keçənlərə baxıyor, mədər ixtirardədir.
Pədərləri nərədə? Başqa bir diyardəmi,Şərabi-mövtü içib yoxsa ki, məzardədir?
Nədir şu yə's, təbəssümnümayi-simadır,Nədir şu qəmli baxış, çeşmi-hüzndardədir?
Üzündəki aləmi tərcümani-möhnətidir,Nədir o leyli-siyəh çöhreyi-nəhardədir?
Könül sərairinin əksgahidir rüxsar,Çıxar üzə qəmi kim, qəlbi-qüssədardədir.
Mənim də ruyum, əvət, tərcümani-qəlbimdir,Gəl anla ol qəmi Hadiyyi-dilfikardədir.
Kitabxana.az · https://kitabxana.az/en/works/hadi-rehguzari-metbuatda-lovheyi-sefqet-yaxud-uc-zavalli
Use ← → keys to move, R for a random poem
More by this author
Tükəndi ömri-qiymətdarımız bidad altında!Qarardı nuri-iste'dad istibdad altında!
Səhneyi-mübarizeyi-həyatda şanlı insanlarGirdbadi-həyat önündə bəşər,Müttəsil, mütəssil digirləniyor,
Şeyxlərə-işanlaraAfərin olsun sənə, ey “filusuf”i-zifünun!Pərvərişyabi-fünunun zümreyi-layə qilun.
ŞüurKurluqdan nə yetər, aşiqi-nur olmalıyız,Tərk edib səfsətəni, əhli-şüur olmalıyız.