Qarlı dağlar gənə etdi aradanKərəm ilə qoyma məni dəryadaƏrş-kürsi, ins-cini yaradanKərəm ilə qoyma məni dəryada

Necə oldu mənimlən varanlarDəryaya qərq oldu neçə min canlarƏnbiyalar, övliyalar, ərənlərKərəm ilə qoyma məni dəryada

Nagahan rast oldu mehrablı gəmiİçinə yığıldı ərənlər hamıDadıma yetiş Məhəmməd NəbiKərəm ilə qoyma məni dəryada

Yüz iyirmi dörd nəbi, səhabəSiz də yetək olan dərdü hesabəDut Novruzun dilbəndini QəndabəKərəm ilə qoyma məni dəryada

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets