Haqq nəsib eyləsin yenə varalum
Haqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,Hənnan-Mənnan dirəklərin görəlum,Arzum səndədir qara donlu Beytullah
Güşəsində yaylamış Həcərül-Əsvəd daşı,Anda varanların sağ olsun başı,Yeddilər qırxlar olsun yoldaşı,Arzum səndədir qara donlu Beytullah
Allahın evidir, üçdür dirəki,Onu görənlərin oynar yürəki,Ol Məhəmməd Mustafanın durağı,Arzum səndədir qara donlu Beytullah
Kəbənin daşların heç kimsə yunmaz,Onu görən gözlər əsla usanmaz,Uçar quşlar evin üstünə qonmaz,Arzum səndədir qara donlu Beytullah
Dışı siyah, örtü içi qırmızı,Görənin şad olur könlü həm gözü,Safca müşk ilə ənbərdir tozu,Arzum səndədir qara donlu Beytullah
Kəbənin hərəmi ufacıq daşlı,Görən hacıların gözləri yaşlı,Anda olan qullar dövlətli başlı,Arzum səndədir qara donlu Beytullah
Beytullahın örtüsünün qarası,Okalmadı şol yürəkim yarası,Səfa ilən şol Mərvənin arası,Arzum səndədir qara donlu Beytullah
Görmək istər səni bayla fəqir,Kəbənin önündə vardır bir çuxur,Dörd yanında imamlar azanın oxur,Arzum səndədir qara donlu Beytullah
Gəl varalum, yollarını bulalum,Ağlar ikən şad oluban güləlum,Yaşıl daş üstündə namaz qılalum,Arzum səndədir qara donlu Beytullah
Kəmərləri yüksək yüksək yapılı,Hacılar gəlirlər çikli çikli,Dörd yüz dirəkli, otuz doqquz qapılı,Arzum səndədir qara donlu Beytullah
Kəbənin dağlarının qara dumanı,Getmədi şu könlümün gümanı,Bir dəxi sığasam Rükni-İmanı,Arzum səndədir qara donlu Beytullah
Orta yer, dörd bir yanı hərəm,Haqq nəsib eyləsin, varıban görəm,Altun işikinə yüzlərim sürəm,Arzum səndədir qara donlu Beytullah
Çörə yanı dopdüz qəndillər yanar,Göydən yaşıl donlu mələklər inər,Hacılar önündə çərx kimi dönər,Arzum səndədir qara donlu Beytullah
Qara donun bürümüşlər boyunca,Görmədim Beytullahı doyunca,Dəlil önündə əlvida deyincə,Arzum səndədir qara donlu Beytullah
Qara donu dələb dələb dələblər,Mərmərləri gümüş kimi yalublər,Fürsət əldə ikən həman varıb gör,Arzum səndədir qara donlu Beytullah
Abi-zəmzəm Beytullahdan aşağı,Yalabır belində sırma qurşağı,Qapusı gümüşdür, altun işiki,Arzum səndədir qara donlu Beytullah
Yüksəkdir, görünməz Kəbənin üstü,Yapmış Peyğəmbər Tanrının dostu,Cümlə möminlərin görməkdir qəsdi,Arzum səndədir qara donlu Beytullah
Qaradır Kəbənin örtüsü donu,Cümlə möminlərin qibləsi yönü,Anı görənlərin pak olur təni,Arzum səndədir qara donlu Beytullah
Çörə yanı mehrab sıra-sıradır,Gör ki qadir Mövlam nələr yaradır,Abi-zəmzəm gün doğandan yekadır,Arzum səndədir qara donlu Beytullah
Abi-zəmzəm Kəbə önündə bir quyu,İçdə canın şəfa bulsun, yat uyu,Hər yarı düşkədə görüban yürü,Arzum səndədir qara donlu Beytullah
Əmir hac gətirər altun ələmi,Yarəbbim, sən göstər Bab-i-Salamı,Kiraman katibin çəkmiş qələmi,Arzum səndədir qara donlu Beytullah
Əzm edib hacılar gedərlər,Dünyada rizqi-malı nidərlər,Sallana-sallana təvaf edərlər,Arzum səndədir qara donlu Beytullah
Hərəm qapuları hər yandan açılır,Kəbəyə müşk ənbər saçılır,Abi-zəmzəm sularından içilir,Arzum səndədir qara donlu Beytullah
Əmir hac gətirər Kəbənin donun,Hacılar sürərlər eşqilə dəmin,Kişi anda keçirsə ölüncə günün,Arzum səndədir qara donlu Beytullah
Beytül-Hərəmdə hacılar gəzər,Qamu iblislərin gücünü üzər,Kiraman katibin savabı yazar,Arzum səndədir qara donlu Beytullah
Kəbənin qapusu gözəl qapıdır,İşiki altundan gümüş yapıdır,Dünya fani, amma axirət baqidir,Arzum səndədir qara donlu Beytullah
Yapısı dopdüz misali-cənnət,Yarın şəfaət eylər Məhəmməd,Anda olub qalsam canıma minnət,Arzum səndədir qara donlu Beytullah
Vəsfin kəsilər bilməz, sığmaz kənarə,Yapılmış hərəmdə yeddi minarə,Gecə gündüz Allah rəhmət yağarə,Arzum səndədir qara donlu Beytullah
Varsam şol Qubeys dağına çıxsam,Çevirilə-çevirilə dörd yana baxsam,Kəbənin güllərin mən yenə qoxsam,Arzum səndədir qara donlu Beytullah
İşdə gəldi hacıların bayramı,Ərəfatda sürərlər şövqilə dəmi,Kəbənin önündə İbrahim məqamı,Arzum səndədir qara donlu Beytullah
Varmaq gözəl, amma fəraq dönüşü,Şölə verər qəndillərin yanışı,Hacılar təvaf edər, dönər dolaşı,Arzum səndədir qara donlu Beytullah
Beləcə nəql etmiş Sabunçu qızı,Kəbə Allahdadır həm könlü həm gözü,Anda varanların ağarır yüzü,Arzum səndədir qara donlu Beytullah
Kitabxana.az · https://kitabxana.az/en/works/sabuncu-qizi-haqq-nesib-eylesin-yene-varalum
Poems by other poets
Ah-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,
Oldu: Bürci-nəhsə düşdü kövkəbi-bəxtimBürci-nəhsə düşdü kövkəbi-bəxtim,Fələk zülmü mənə nümayan oldu,
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,