Könül
Ah-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,Dilbər gələr deyib yol gözləməkdən,Qal indi səksənə-səksənə könül
Nə gündür ki məni dərdə salmazsan,Havadan enirsən belə qalmazsan,Nəsihət eşidib öküd almazsan,Yaxşı sözə boyun əksənə könül
Hansı dəmdir eşq atını çapmazsan,Sınıq sarıyıban yıxıq yapmazsan,Sən ha görmincə qərar tapmazsan,Varıb dost kuyinə dəksənə könül
Dəstə-dəstə gülü bitmiş bağının,Dəstində qədəhi dolu saqinin,Çünki sənə rəhmi gəlməz yağının,Sən də əlin ondan çəksənə könül
Məmi dost kuyində uymaz hoy-haya,Əzəldən məhrəmdir Adəm Həvvaya,Ki əsrük quş kimi qalxar havaya,Gah olur xak ilə yeksənə könül
Kitabxana.az · https://kitabxana.az/en/works/memi-el-sairi-konul
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Yaxşılıq sevməyir dünyada riya,Hünərlə eyb ki, birləşməz əsla.
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
Naz etEy rəhmli canan, elemə ülfəte adət,Nazınla vüqarın verər ətvarına zinət,