Tutmuş bütün əvalimi tufani-inqilab,Dəhhətnümuni-hövldür ümmani-inqilab.

Həp qəzteyi kəşideyi-ənzari-diqqət et,Gör kim nə söyləyir sənə tibyani-inqilab.

Baxsan cidalgahi-həyatə görər gözün –Başdan-başa kəsilmədə meydani-inqilab.

Xilqət təcəddüd istəyir, istərsən istəmə,Təsdiq edir bu fikrimi vicdani-inqilab.

Bu bəzmgahi-fitrətə ətf eylə guşini,Hər bir dəhəndən uçmada əlhani-inqilab.

Gördükcə xəndədar bəhari-təcüddüdü,Əşki-sürur tökmədə mürğani-inqilab.

Asayişin behişti açılmaz şu yerdə kim,Ta yağmasa o gülşənə barani-inqilab.

Ruhunda bir sükun əcəba mündəmicmidir?Təşrih edilsə tiğ ilə əbdani-inqilab.

Əmniyyəti-rəiyyəti təkmil üçün bu gün –Açılmış livayi-sətvəti sultani-inqilab.

Minbərnişin millətə lay-lay çalır hənuz,Bolğar elində yüksəlir azani-inqilab.

Yat-yat, balam! – deyir, – hələ rahət zəmanidir,Amma doğub şümusi- diraxşani-inqilab.

Baxdıqca ümmətin bu sükutu sümutunaVallahi ağlayır bizə çəşmani-inqilab.

Bilməm ki, müstəid deyilizmi təcəddüdə,Yoxsa düşünmürüzmü nədir şani-inqilab?

Bizlər hələ qunudeyi-ağuşi-xəndəyiz,Bu hala qarşı olmada giryan inqilab.

Hər qövmdə bulunmasa əfkari-növzühur,E'dam edər şu milləti divani-inqilab.

Ey Nuh! Açıb da çeşmini pak et qübardən,Sən qoyduğun kimi dururuz, bax, məzardən!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets