Gözün yumduğu dəmdə Xosrov, şu zat –
Ki, yə'ni edən gündə tərki-həyat –
Dedi: Ey mənim qönçeyi-cənnətim.
Qulaq as, budur iştə son söhbətim:
Nə bir əmrə iqdam qılsan əgər,
Səlahi-rəayanı qıl dərnəzər.
Boyun bükmə ədlü müsavatdən,
Cüda düşmə rahi-müvaxatdən.
Cəmaətə bəxş eylə hürriyyəti,
Əsir et bu əltaf ilə millətı.
Sitəmkardən xəlq eylər fərar,
O zalim tapar zülm ilə iştihar.
Şu insan ki, qoydu binayi-sitəm,
Olur kəndisi tez zaman mühədnəm.


Açar yarələr cismdə tiğzən,
Nə ol zəxmi kim, şiveni-pirzən.
Çox olmuş ki, bir ahi-atəşvəri –
Yaxıb-yandırıb ən böyük kişvəri.
Eşit, varmı ol kimsədən bəxtiyar,
Cahanda olub ədl ilə dəmgüzar?!
Öləndən son ol zati-şəfqətnihad –
Edər rəhmət ilə onu xəlq yad.
Deyirlər: sənə rəhmət, ey niknam,
Sənin ruhuna bizdən olsun salam!


Dilər yaxşı, istərsə olsun yaman,
Keçər cümləsi, sən gözəl ad qazan!
Qazan yaxşılıq, layiqi-rəhmət ol,
Nə pislik ki, şayisteyi-lə'nət ol.
O zatın ki, könlündə var mərhəmət,
Həmişə işi rəhmdir, mə'dələt.


Cəmaətə xadim qıl öylə kəsi,
Ola şəhrlər, mülklər banisi.
Sənin düşmənindir o kəs, ey pəsər:
Sənə nəf' üçün xəlqə versin zərər!
Xətadır böyük etmək ol ərzəli.
Göyə qalxmış ondan cəmaət əli
Şu alçaq qılar xəlqə azarü rəng,
Cəmaət nasıl olsa dolsun da gənc.
Sitəmkar qalmaz, olar nabəkar,
Yamanlıqla adı qalar yadigar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets