Qələm, ey baisi-imrani-aləm,Kərametbəxşi-növ'i-ibni-Adəm!Səninlə kəsb edib adəm şərafət,Görüldü layiqi-təxti-xilafət.Qələm! Ey rəhbəri-elmü sənaye –Ki, sənsən kaşifi-sirri-təbaye.Səninlə fəxr edər əhli-həqaiq,Vücudunla olur həlli-dəqaiq.Qələm, ey bülbüli-bağı-məani,Əzəl əsrarının sən tərcümani.Riyazi-kainatın əndəlibi,Bedayegahi-sün'in sən ədibi.Cahan darülfünundur, sən müəllim,Bəni-növ'i-bəşər ətfali-tə'lim.Bizi tə'limü tə'dib eylə, ustad!Həyatə eyləyər ustad irşad.Deyil vəqti-sükunət, nəğməsaz ol,Təninəndazi-guşi-əhli-raz ol.Sükutu tərk edib, eylə tərənə,Ola nəğmən maarifpərvərənə.Dayanma, çal o canbəxşayi-suru,Həyatə də'vət et əhli-qüburu,Gələndə surin əlhan ilə zarə,Gəlir bir tazə can əhli-məzarə.Fəraşi-qəflət içrə biz səqimiz,Məzari-cəhldə əzmi-rəmimiz.Çal İsrafilvəş suri-zühuru,Nüşurə sövq et əshabi-qübüru.Gərəkdir "huri-məqsurat"i-əfkar –Xiyami-dildən etsin ərzi-didar.Olub xurşidi-hürriyyət nümayan,Yetər artıq nə qalsın hur pünhan?Çağır islamı şəhrahi-vifaqə,İnani-milləti çək ittifaqə!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets