Bir mütəəllim rəfiqimin fotoqrafına qarşı söylənmişdir
[Rəşad]! Ey mayeyi-arami-canım!Sənə ayinədar olmuş cinanım.
Bu rəsmin düşdü dəsti-ehtiramə,Gətirdi ruhumu şövqü qəramə.
Olub rəsmin mənə pirayeyi-dəst,Vüsalın nəş'əsilə ruh sərməst.
Nə amalın ki, könlündə nihandır,Onu təfsirə çeşmin tərcümandır.
Nədir, yarəb, bu mə'nidar gözlər!Nə canpərvər bu əfsunkar gözlər!
Nə lahuti-nigahi-dilrübadır!O məs'umanə gözlər şövqzadır.
Cəbinində mücəssəm nuri-hikmət,Səni əhsən yaratmış dəsti-qüdrət.
Fəqət aldanma yalnız hüsni-anə,Çalış tənviri-əfkarü cənanə.
Oxu, təhsil qıl adabü irfan –Ki, ta olsun münəvvər fikrü vicdan.
Oxu, ehraz qıl adabü irfan –Ki, ta olsun münəvvər fikrü vicdan.
Oxu, ehraz qıl elmü kəmalət,Ələ düşməz, quzum, dövri-səbavət.
Rəşadın elmdir axır muradı,Bu amalında məsləkdaşı Hadi.
Əgər tabe isən fikri-rəşadə,Qədəmran ol da minhaci-sədadə.
Camalındır nəzərpirayi-vicdan,Nigahında nümayan feyzü ürfan.
Əgər könlüm ola bir an sənsiz,Həzari-dil qalar, san kim, çəmənsiz.
Qalırsa dil əgər biganə səndən,Yəqin bil ayrılır xülqi-həsəndən.
Neçin qəmli baxırsan kainatə,Mükəddərsənmi, bilməm ki, həyatə?
Həyat insan üçün bari-girandır,Bunu anlar o dil kim, nüktədandır.
Bunu şe'rindən aldım, yavrum, mən,O şe'ri-dilbərində söyləyirsən:
"Nişatım naqis, eyşim bisəmərdir,Mənimçün bir böyük, artıq kədərdir.
Yazıb qıldım bu məktubu rəvanə –Ki, hissiyyatımı çəksin bəyanə".
Kitabxana.az · https://kitabxana.az/en/works/hadi-bir-muteellim-refiqimin-fotoqrafina-qarsi-soylenmisdir
Use ← → keys to move, R for a random poem
More by this author
Vardırmı bir insan bu şünzari-aləmdə –Pabəndi-bəla olmaya sərpənceyi-qəmdə?!
Aşiyani-viranSoyuğun, atəşin əlində qalan,Calibi-mərhəmət, gözəl bir quş
Təkamüli-mə'kus və ümmidi-pərişanBir gözələ*Şəbrəng saçların nə pərişandır, ey pəri,
Oxu, bil, öyrən!Övladi-vətənə*Ey cavan, öyrən: cəhalət ən böyük bir ardır,
Poems by other poets
(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb tabanƏcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban,Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan.
GəlmişəmGəncə dağlarından, uzaq ellərdən,Əlbəttə ki, bir murada gəlmişəm.