Gəlmişəm
Gəncə dağlarından, uzaq ellərdən,Əlbəttə ki, bir murada gəlmişəm.Eşqin sitəmindən, çərxin əlindən,Bir şahım var, ona dada gəlmişəm.
Fərağat evimdə otduğum yerdə,Oxuyub elmimə çatdığım yerdə,Bir şirin yuxuda yatdığım yerdə,İçiriblər mana bada1, gəlmişəm.
Bülbül idim, ayrı düşdüm gülümdən.Fələk vurdu, cida saldı elimdən,Qurbaniyəm, Qara Vəzir əlindən,Şah oğluna şikayətə gəlmişəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/qurbani-gelmisem-2
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Fate
Görmədim
Vahəsrəta çərxi-fələk əlindənÇünki dost mehribanı görmədim
BaxEy Vidadi,gərdişi-dövrani-kəcrəftarə bax!Ruzigarə qıl tamaşa,karə bax,kirdarə bax!
Fələknin gərdişindən dadü fəryadFələknin gərdişindən dadü fəryad,Məni ayırdı səndən dadü fəryad.
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,