Pərinin bağmda seyran eylədim,Almalı, alçalı yaza rast gəldim.Almasm, heyvasın dərdim, düşürdüm,Könül istədiyi naza rast gəldim.

Gözəllər gözəli, gözəllər xası,Silindi, qalmadı könlümün pası,Sinəni bənzətdim şonqor yuvası,Oğlan libasında qıza rast gəldim.

Qurbaniyəm, görcək həzər eylədim,Gözəlləri gördüm, nəzər eylədim,Yeddisilə bağda güzar eylədim,Hesabım yanıldı, yüzə rast gəldim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets