Qarı nənə, sən bir arıx dəvəsən,Qanqal gərək, xırda-xırda gəvə sən.Qız deyilsən cahıl oğlan sevəsən,Qarı nənə, imanuva dolanım!

Pambıqdan da ağdı sənin ağ başın,Altmışdan artıqdır, bilginən yaşın,Qalmayıb dəhanda tək bircə dişin,Qarı nənə, dəhanuva dolanım!

Qurbani der: Bu sözlərim yazılar,Tezlik ilə sənə qəbir qazılar;Mənim könlüm bir Pərini arzular,Qarı nənə, kamaluva dolanım!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets