Bir də yaz
Gecə-gündüz bulud keçər havalar,Belə getməz, əlbət gəli bir də yaz...Oxuyur bülbüllər muğam, havalar,Sızıldaşır yaram, aman bir də yaz!
Bulud olan qalxar havada gəzər,Aşiq olan yarın bağrmı əzər,Qəvvəs2 olan girər dərində gəzər,Bir dərin var, bir dərgə var, bir dayaz!
Qurbani güldəstə bağlar oxuna,Sinəm buta, yarım müjgan oxuna,Bir namə yaz hər divanda oxuna,Görən deyə, var əllərin, bir də yaz.
Kitabxana.az · https://kitabxana.az/en/works/qurbani-bir-de-yaz
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Tərcibənd: Ey tərfə nigari mah-ruxsarEy tərfə nigari, mah-ruxsar,Ey hur-ləqa, fəriştəkirdar,
Nəğmeyi-əhraranəGöründü mətləi-ümmidimizdən bari-hürriyyət,Təbəssümrizi-istiğnaydır rüxsari-hürriyyət.
TamaraEşqsiz qalan bir dil kimi göz dikərək ənginə,Gizli-gizli həsrət çəkib ağlarmıan, Tamara?