Dedim: dilbər, getmə bir dəm danışaq,Dedi: sözün yoxdur, bəhanədir bu!Dedim: bir nəzər qıl aşiq halına,Dedi: əcəb dəli, divanədir bu.

Dedim: ey vay, halım yaman olubdur,Dedi: qəmdən belim kaman olubdur,Dedim: vallah sənə meydan olubdur,Dedi: mən bilmənəm xəzanədir bu!

Dedim: qoy gözümə qıvrım tellərin,Dedi: lazım deyil vəhşi güllərin,Dedim: sən bizimsən, biz də ellərin,Dedi: çəkin burdan, biganədir bu!

Dedim: sənə aşıq olan can budur,Dedi: sənin eşqin axar bir sudur,Dedim: cavan ömrüm çürüyüb gedir,Dedi: əbəs sözdür, əfsanədir bu!

Dedim: mən Qurbanam yarın adına,Dedi: elə sənsən düşən yadına,Dedim: mən ha yandım eşqin oduna,Dedi: şəmə yanan pərvanədir bu!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love