Dilbəra, dərdi-dilimdən belə ünvan etdimKi, qəmi-hicrdə dil mülkünü viran etdim.

Mümkün olmaz mənə vəslin bilirəm həşrə kimi,Ol səbab məskənimi guhi biyaban etdim.

Eşq sultanı mənim qətlimə fərman gətirib,Etmədim tərki-vəfa, taəti fərman etdim.

Səri-kuyində qoyub başımı bir uf demədim,Səri sidqilə dilü canımı qurban etdim.

Ya təbib adını tərk eylə, təbabət etmə,Ya mənim dərdimi tap, gör, niyə tüğyan etdim?

Yoxdu bir kimsə məgər dərdimi bilsin, ya rəbKi, mən öz qanım ilə dərdimə dərman etdim!

Dərdi-hicrində gözüm yaşı tutub dünyanı,Nuh tufanı kimi, gör ki, nə tufan etdim!

Maqta — the closing couplet bearing the poet’s pen name. Natəvan, etmədi ol səngdilə naləm əsər,Gecə-gündüz nə qədər naləvü əfğan etdim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love