O mücgani-siyəh-novkin xədəiki-yarə bənzətdim.Xətadır çeşmi-məstin ahuyi-Tatarə bənzətdim.

Gözün mərdümləri sərməst olub tökmək dilər qanıDüzübdür hər tərəf peykan əcəb xunxara bənzətdim,

Çəkilmiş guşəyə bülbül, fəğanü nalələr eylər.Düşən gül üstə damə əndəli-zarə bənzətdim.

Tutub kəc gərdənin hər ləhzə olmuş məhvi-nəzzarə,Yar ardınca baxan bir aşiqi-naçara bənzətdim.

Görüb tərfi-binaguşunda cin-cin zulfi-mişkini,O gənci-şayəgan üstə yatan şahmara bənzətdim.

Der idin: kim, nədəndir Qeys olub divaneyi-aləm?Cünun sərriştəsi ol turreyi-tərrarə bənzətdim.

Maqta — the closing couplet bearing the poet’s pen name. Cəfayi-dəhrdən gördüm edərdi şəkvə bir müztərSəsindən Natəvani-bidilü əfkarə bənzətdim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love