Sevgi məktubları düşübdür dəbdən,Cavanlar eşqini yazmır kağıza.Rahatca zəng vurub küçədən, evdən,Oğlan görüş verir gündə bir qıza.

Göz-gözə baxmadı alışar çətin,Sifariş bürosu deyil hər ürək.Zəng ilə düzələn bir məhəbbətinÖmrü də beşgünlük olur... neynəmək?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love