Quşsuz yuvalar
Bakıda göyərçin yaman azalıb,Görəsən onlara kimdir qəsd edən?Qaralmış yuvalar sahibsiz qalıb,Quşlar da qaçırlar acı tüstüdən.
Təbiət yas tutur bu qovhaqova;Hüsnündən gözəllik, yaraşıq gedir.Bülbülsüz bir çəmən, quşsuz bir yuvaEvlərdə uşaqsız beşik kimidir.
Kitabxana.az · https://kitabxana.az/en/works/tofiq-bayram-qussuz-yuvalar
Use ← → keys to move, R for a random poem
More by this author
Deyirsən şairlər niyə qocalır?Ömür bahar olsa, şair qocalmaz.
Nəğmə çələngiSevdiyim sənətkarın şərəfinə*Yığışsın məclisə əhli-ürfanlar,
Kəhər atla söhbətimDolana-dolana şütüyüb dağıBir yol təntiməyir polad köhlənim.
Üzeyir Hacıbəyovun ev muzeyində düşüncələrƏdəbiyyat nəsib deyil hər sənətkara,Hər keçənin evi dönüb muzey olmayır.
Poems by other poets · Nature and spring
Səhər səhər əsən yellər,Əsmə, qadasın aldığım.
Sənə qurbanQadasın aldığım, nədən məlulsan?Əgər lal isənsə, dil sənə qurban!
Məlamət əlamətiÇox gözəl hekayət yadıma düşdü,Ya da bir şikayət yadıma düşdü.
Öyün, millət!O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.