Şair qocalmaz
Deyirsən şairlər niyə qocalır?Ömür bahar olsa, şair qocalmaz.Ürək cavan qalır, göz cavan qalır,Təbi qaynar olsa, şair qocalmaz.
O, haqqa sığınıb əzəldən, başdan,Keçib cəsarətlə eniş-yoxuşdan.Mərdlərin adına yağan alqışdanNamərdlər xar olsa, şair qocalmaz.
Götürüb hər üzünü qarın, boranın,Fitnə dəllalının, tələ quranın.Paxılın, sözbazın, aravuranınQulağı kar olsa, şair qocalmaz.
Dünyadan qəm köçüb, dərd azaldıqca,Qəlbi cavanlaşar qələm çaldıqca.
Elin xoş günündən ilham aldıqca,Saçları qar olsa, şair qocalmaz.
Bərəkət diləyər ana torpağa,Yazda çiçək yağa, qışda qar yağa.Böyüklü-kiçikli – başdan ayağaEl bəxtiyar olsa, şair qocalmaz.
Xalqın sevgisindən yaranır bu səs,Soyumaz bu atəş, sönməz bu həvəs.Qəlbi şeir kimi nurlu, müqəddəsOxucular olsa, şair qocalmaz.
Bir eşqin quludur, bir həqiqətin,Şairə yalanla barışmaq çətin.Əzabla doğulan şerin, sənətinYolu hamar olsa, şair qocalmaz.
Öyünər kədərə sevinc qatmaqdan,Sözlə göz oxşayır, qəlb ovutmaqdan.Əli gecə-gündüz qələm tutmaqdanDamar-damar olsa, şair qocalmaz.
Ay Tofiq, şeirdir ömür də, gün də,Hər qəlbə qonaqsan öz mənzilində.İnan ki, bu şair xalqın dilindəBir sözün var olsa, şair qocalmaz!
Kitabxana.az · https://kitabxana.az/en/works/tofiq-bayram-sair-qocalmaz
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
دگر ره گفت کز دور فلک خیززمین را با هوا شرحی برانگیز
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Mərd oluBizim elin dəliləriGirər meydana mərd olu,
Bakı vilayətin məskən edibsənBakı vilayətin məskən edibsən,Cəhd elə, elmindən olgunan halı.