Mehdi Hüseyn küçəsi
Bir küçə var –DünyanıGətirir evimizə.Özü görünməsə də,Ərzi göstərir bizə.“Azərbaycan” himnininGur səsiylə oynayıb,Səhər-səhər yaratmaqHəvəsiylə oyanıb, –Ekrandan, ya efirdənHər gün eşidirəm mənBu küçənin adını.Mehdi Hüseyn küçəsi, –Ən sevimli ünvan.Mehdi Hüseyn küçəsi. –Arzular dalğa-dalğa,Məktublar ümman-ümman.Hər zərfin üzərindəAdın yazılır sənin.
Sənətini, özünüVarlığıtək sevəninEvində eşidilirHər gün diktorun səsi:Diqqət. Danışır Bakı, –Ünvanımız belədir:Mehdi Hüseyn küçəsi.Ucalsaydı heykəlin,Tanınmazdı bu qədər.Yazılsaydı adınaXatirələr, nəğmələr, –Tanınmazdı bu qədər.Bu, ən gözəl abidə,Bu ən gözəl xatirə.Radionun dalğasıYayıldıqca hər yerə,Səhər-axşam eşidirŞəhərlərin, kəndlərin,Ölkələrin neçəsi,Ünvanımız belədir:Mehdi Hüseyn küçəsi.Ellər dolaşır, ay dostlar,Cilid-cilid əsərin.Sərhədlər aşar, ay dostlar,“Abşeron”un, “Səhər”in.Bəlkə əsərin də var –Ömrün kimi köçəsi.Axı, harda tapılırXalis qızıl küçəsi?Bir ümmanı qaraltmazBir yağış gölməçəsi.Ancaq sənin adınıEkrandan, ya efirdənEşidəcək həmişə,Nəsillərin övladı,Nəvəsi, nəticəsi:Diqqət. Danışır Bakı.Diqqət. Göstərir Bakı.Ünvanımız belədir:Mehdi Hüseyn küçəsi.Bu küçəyə can atdıNeçə sənət sərçəsi.Sən ucalan zirvəyəUcalmadı bircəsi.Qoy bildirsin onlaraBu şerimin gur səsi:Mehdi Hüseyn yolu var,Mehdi Hüseyn küçəsi...
Kitabxana.az · https://kitabxana.az/en/works/tofiq-bayram-mehdi-huseyn-kucesi
Use ← → keys to move, R for a random poem