Səməd Vurğun görüşdə
Keçən bir tarixi salıram yada,Şirin xatirədir körpəliyimdən;Şeir gecəsiydi Ağstafada,İlk dəfə gəlirdim bu məclisə mən.İstədim yer tutum hamıdan qabaq,Qaldım ayaq üstə –Eh, kim kimdən.Şair görəcəkdim.Səadətə bax.İlahi, özü də kimi? –Səmədi.Sinəmdə şəklini əzizlədiyim,Onunla keçirdi ən şirin yuxum.Kiçik bir səhnəyə sığmaz deyirdim,Arzuma sığmayan nəhəng boy-buxun...Dəmiryol klubu, qarışıb aləm,Hamı bu məclisdə olmaq istəyir.Sanki on qatarlıq səmişin bu dəm,Köhnə bir vaqona dolmaq istəyir.Çəliyə söykənib gələn bir qarıÖz ilk görüşünə çıxıb deyəsən.
Çörəklə doyurmaq olar acları,Bizdə şerin acı doymaz şeirdən.Birdən səs yayılır:– Gəldi qonaqlar.Dedim divar uçar, tavan dağılar,Sönər çıraqlar da alqış səsindən.Depodan ucaldı bir salam fiti,Balaca klubun dar səhnəsindən.Qalxdı şeir dağı, söz səltənətiHələ cavanlıqdan gen düşməmişdi.Hələ ciyərini mərəz yemirdi,Sözlər ürəyindən işıq əmirdi.Kürsü düzəltmişdik yol budkasından,Bir lampa āsmışdıq tən ortasından, –Qalxıb Səməd Vurğun şeir deyirdi,O, bəlkə layladı, bəlkə sehrdi?Sanki saz üstündə bir kövrək siminİlahi səsinə qulaq asırdı.Sinifdə əlifba müəllimininBirinci dərsinə qulaq asırdım.Hanı bu gələnlər? –Yoxam ki, mən də,Təzədən özümə qayıdarammı?Bəlkə yuxulamışam bir göy çəməndə?Camaat, siz deyin, burda varammı?Varammı. –Zal titrəyir alqış səsindən,Çıraqlar göz qırpır cazibəsindən.Səhnədən söz yağır məhəbbət dolu,Səhnəyə gül yağır təravət dolu,Şair işıq dolu, şeriyyət doluMüdrik gözləriylə baxır məclisə.Gözlər ziyalanır, qəlblər isinir.Dayanıb bizimlə nəfəs-nəfəsə,O, dərib köksünü təzədən dinir:– Camaat, şerinə səcdə etdiyimNeçə sənətkar var, –Biri də Puşkin.Adına müqəddəs bir məbəd deyinBu ali hörmətin, bu sönməz eşqin.İndi izn verin, əzbər deyim mənPuşkinin “Yevgeni Onegin”indən.– Oxu , ağrın alım, meylin çəkəni,Oxu, sübhə kimi eşidək səni.Şair aramla qaldırır göyə,Elə bil dalğanı külək qaldırır,Sinədə tufanı ürək qaldırır:– “Mənim qayda güdən və nizam sevənƏmim xəstəliyə düşdüyü zaman,Hörmət etdirərdi özünə cəbrən,Ağlına özgə şey gəlməzdi bir an”.Elə ki, bitirir son misraları,Dikəlir yerindən qoca bir qarı:Camaat, mənə də bir qulaq asın:Görüm o Puşkini yüz il yaşasın.Vallah, o bizim dili, bizim ləhcəniBəzi şairlərdən yaxşı bilirmiş.Kişinin hər sözü ağlatdı məni,Halal olsun ona, Məkkəymiş, pirmiş.Bax, o başı batmış zalım əmidənMin əzab görmüşəm uşaqlıqda mən.Görəsən o, harda eşidib bunu?Şerə duaçıyam ömrüm uzunu.Sağ ol ki, Puşkindən dedin, ay Səməd.Bisavad olsam da, sinəmdə yazdım.Şairə ehtiram-şerə məhəbbət, –Bunsuz indən belə çox yaşamazdım. –Deyib ağır-ağır qalxır səhnəyə:– Ay oğul, ay Səməd, gəl bir öpüşək.Onun ağ saçları gül dəstəsitəkTökülür şeirlə dolu sinəyə.Deyir: – Tanımasın kədər, qəm səni,Həmişə xoş günün olsun, xoş günün.
Oğul, iki dəfə öpürəm səni:Bu sənin qismətin, bu da Puşkinin.Şair gözlərindən yaş – süzə-süzə,Baxdıqca qarıya coşurdu təbi.Fikrində Puşkinlə durub üz-üzə,Tərcümə edirdi ona mətləbi.Ağstafa, 1968
Kitabxana.az · https://kitabxana.az/en/works/tofiq-bayram-semed-vurgun-gorusde
Use ← → keys to move, R for a random poem