Yaşaya bilərəm odsuz, ilhamsız,Yaşaya bilərəm çörəksiz, susuz.Yaşaya bilərəm yüz il yuxusuz,Yaşaya bilmərəm bir gün inamsız.

Soyusa ürəyim köksümün altda,İnamın oduyla mən yanmalıyam.Ömür sürürəmsə mən bu həyatdaKiməsə, nəyəsə inanmalıyam.

İnamsız nə ürək, inamsız nə səs?İnam ürəyimdə dəniz olmalı.Kim isə mənimçün ülvi, müqəddəs,Dünyada hamıdan əziz olmalı.

Əqidəm var isə, özüm də varam,Odlardan alaram arzu-kamımı.Sinəm yaralansa, məlhəm qoyaramYaramın üstünə öz inamımı.

Ömrün son anları gəlib yetəndə,Son qətrə su kimi inam içilir.Fəqət, bir ürəkdə inam itəndə,İnsan dağ olsa da birdən kiçilir.

Kiçilir gözündə yediyin çörək,Onda yaşamağın hədərdir, hədər.İnamı itirmək, eşqi itirməkAğırdır Vətəni itirmək qədər.

Həyatın yolları hamar deyildir,Gərək dağ aşmaqçın ayaq döyəsən.İdeal, əqidə paltar deyildirHər gün dəyişəsən, təzələyəsən.

Əqidəm yolunda qan tökmüşəm, qan,Onu isitmişdir alovum, odum.

Mən öz əqidəmi topun ağzından,Süngünün ucundan alıbqorudum.

Mən öz əqidəmi əsrin əksinə,Qatıb zülmətlərə nur ələmişəm.Mən öz əqidəmi yer kürəsinə,Bahar toxumu tək səpələmişəm.

Üstünə yağsa da böhtan yağışı,Elə atəşdir ki, söndürmək olmaz,Min əzab çəksəm də hər addımbaşı,Məni inamımdan döndərmək olmaz!

Biri çaşbaş olsa öz məsləkində,Hirsimdən dəniz tək qabarmalıyam.Mən öz əqidəmlə qoca PekindəDaşkənd zəlzələsi qoparmalıyam:Gücü on iki bal!

Bəzi cənablaşan sabiq yoldaşlar.Evlər uçulmasın, silkələnməsin,Ancaq silkələnsin beyinlər, başlar!

* * *

Əqidə baş əymir qılınca, zora,Yalan təriflərə heç kəs ucalmır.Uydurma Allahın öləndən sonraAdi insan qədər hörməti qalmır.

Məni qorxutmayır hər əsən külək,Təməli inamdan yoğrulmuş dağam.Vətən keşiyində duran əsgər tək,Mən öz əqidəmi qoruyacağam.

Əqidəm yolunda hər gün yanmasam,Mənə nankor deyər Vətənim, anam.Yaşaya bilmərəm mən inanmasam,Mənim nəfəsim də inamdır, inam!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets