Qal indi
Bir səfərim düşdü qərib ellərəQal, Səlmi naz, gözü yaşlı qal indiAh çəkibən baxacaqsan yollaraQal, Səlmi naz, gözü yaşlı qal indi
Mən bilirəm hansı dağda lalasənGülü qoydun, həmrah oldun, alasənQoymanam ki gözü yaşlı qalasənQal, Səlmi naz, gözü yaşlı qal indi
Gecə gündüz həsrətindən ölürəmQəvvas olub dəryalara dalıramVədə qoydum yeddi ilə gəlirəmQal, Səlmi naz, gözü yaşlı qal indi
Arılıqda qızıl güldən arısanHaqq da bilir, bizim bağça barısanYüz il qalsan Xan Həmrahın yarısanQal, Səlmi naz, gözü yaşlı qal indi
Kitabxana.az · https://kitabxana.az/en/works/hemrah-qal-indi
Use ← → keys to move, R for a random poem