Sərasər sərində mürəssə kuləh,Siyah pirahən sən, simtən pəri,Bu hüsndə insan olmaz cahanda,Huri sən, mələk sən, pərisən, pəri

Sosən-sünbül oda gülün aşinası,Bənövşə qonşusu, nərgis aynası,Çak olub giriban açıq sinası,Müənbər tellərin pərişan, pəri

Ənbər əfşan olur ipi məşamində,Bülbül cübbə geymiş yarın dəmində,Danışanda şəkər əzir fəmində,Dindirəndə lə'l-dür əfşan, pəri

Hakimsən, qoy ət, alma vəbalı,Sərasər qələnfir müxəmmər əbali,Yaşıl nimtənəli gülgüz qəbalı,Başında dəstari-zərnişan, pəri

Başına döndüyüm, ey gül yüzlü yar,Əl çatmaz, dil təşnə, könül intizar,Həmrahın səninlə xoş güftarı var,Gəl gör ki həsrətindən çıxdı can, pəri

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring